Zukerberq: “Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsini sübut edə bilərəm”
“Facebook” şirkətinin qurucusu Mark Zukerberq yeni ittihamla çıxış edib.
19 İyul 2018 17:58 Dünya"Facebook" şirkətinin qurucusu Mark Zukerberq yeni ittihamla çıxış edib.
Markın açıqlamasına əsasən, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə rusiyalıların müdaxilə cəhdini sübut edən faktlara sahibdir.
"Bizdə olan faktlara əsasən, Rusiya həqiqətən də seçkilərə müdaxilə etməyə çalışıb. Bu faktlar 2015-ci ilin ortalarında aşkar edilib və FTB məlumatlandırılıb. Sonra biz 2016-cı ildə də aktivlik müşahidə etdik, bu insanların bəzilərini müəyyənləşdirdik. Seçkilər zamanı FBT-dən bəzi məlumatlar aldıq və ümumi mənzərəni aydınlaşdırdıq",- deyə Zukerberq bildirib.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31