ABŞ-da hərbi bazada partlayış olub, xəsarət alanlar var

ABŞ-ın Pensilvaniya ştatında hərbi anbar ərazisində partlayış baş verib.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Telekanalın məlumatına görə, hərbi obyektin ərazisində 3600-dən çox əməkdaş çalışır.

Hadisənin təfərrüatı, eləcə də xəsarət alanların vəziyyəti hələlik məlum deyil.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31