“Bu, müharibəyə gətirib çıxara bilər” - Tramp

ABŞ lideri Donald Tramp bəzi KİV-lərin Rusiya ilə münasibətə kölgə saldığını deyib.  

Bu haqda tvitter hesabında yazan prezident qeyri-peşəkar, saxta media orqanlarının  ABŞ-Rusiya arasında problemlər yaranmasını istədiyini deyib. Onun sözlərinə görə, bu, Rusiya prezidenti Vladimir Putinlə yaxşılaşan münasibətə görədir: "Yalançı KİV-lər iki ölkə arasında ciddi qarşıdurma olmasını istəyirlər. Bu, müharibəyə gətirib çıxara bilər".

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31