Rusiya və Yunanıstan arasında gərginlik – Lavrov səfərini ləğv edib
19 İyul 2018 15:47 DünyaYunanıstan daxili işlərinə müdaxilə etdiyi üçün 4 rusiyalı diplomatı qovub və onların ölkəyə girişinə qadağa qoyub.
Məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi (XİN) öz mövqeyini göstərib. Rusiya XİN sözçüsü Mariya Zaxarova mövzu ilə əlaqədar olaraq bildirib ki, ərazisinin böyüklüyündən asılı olmayaraq hər bir ölkə azaddır və müstəqil xarici siyasət yürüdə bilər: "Yunanıstan diplomatlarla bağlı dəlilləri vaxtilə Rusiyaya çatdırıb. Belə olduqda, Rusiya hakimiyyəti diplomatların hansı işlərlə məşğul olduqlarını fərqində olub. Bəzi Qərb ölkələri rusiyalı diplomatların ölkədən xaric edilməsi üçün Yunanıstana təzyiqlər göstərib. Hazırda Yunanıstan çox böyük təzyiqə məruz qalır. Xüsusilə də İngiltərənin təhrikedici təzyiqlərinə Yunanıstanın tab gətirəcəyini düşünürük. Rusiyaya qarşı çox mərhələli tətbiq edilən oyun var. Bu oyunlar Yunanıstanın da daxil edildiyi oyun idi".
M. Zaxarova sonda qeyd edib ki, baş verən siyasi hadisələrlə bağlı Rusiya xarici işlər naziri Seygey Lavrov Yunanıstana səfərini ləğv edib.
Azadinform