Misirdə yük maşını kafeyə çırpılıb, 12 nəfər ölüb
Misirin Əl-Minya vilayətində yük maşını yaşayış binasının birinci mərtəbəsində yerləşən kafeyə çırpılıb.
19 İyul 2018 15:40 DünyaMisirin Əl-Minya vilayətində yük maşını yaşayış binasının birinci mərtəbəsində yerləşən kafeyə çırpılıb.
Hadisə nəticəsində azı 12 nəfər ölüb. Digər 28 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb və onlar xəstəxanaya yerləşdiriliblər.
Yerli polisin məlumatına görə, sementlə yüklənmiş avtomobil iki mərtəbəli binanı yararsız hala salıb. Binanın birinci mərtəbəsində kafe və kiçik restoran olub.
İlkin məlumatlara görə, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31