Bezosun "Blue Origin"indən növbəti kosmik sınaq
19 İyul 2018 15:25 Dünya"Amazon"un sahibi Ceff Bezosa məxsus aerokosmik "Blue Origin" şirkəti ekipaj kapsulasını sınaqdan keçirib.
Sınaq uğurla yekunlaşıb və kapsula əvvəlkindən daha uzaq məsafəyə göndərilib. Sınaq üçün "New Shepard" raketindən istifadə edilib.
Proses "Blue Origin"in 9-cu sınağıdır və "Youtube"da 20 mindən çox insan tərəfindən izlənilib.
Kapsulanın sürəti saatda təxminən 3598 km-ə çatıb və 120 km yüksəkliyə qalxıb. Kapsula 12 dəqiqədən qısa müddətdə yerə eniş edə bilib.
Qaynarinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31