Yeni Kaledoniya Fransadan ayrılmaq üçün müstəqillik referendumu keçirəcək

Fransanın tərkib hissəsinə daxil olan Yeni Kaledoniya müstəqillik referendumu keçirməyə hazırlaşır.

Sakit okeanda yerləşən adalardan ibarət olan ərazi 4 noyabrda müstəqillik referendumu keçirəcək. Əgər insanlar Fransadan ayrılmağa qərar versə, ərazinin adı və bayrağı dəyişdirilə bilər. 

Azadlıq hərəkatına Milli Kanak və Sosialist Qurtuluş Cəbhəsi rəhbərlik edir. 

Qeyd edək ki, Yeni Kaledoniya 1853-cü ildən bəri Fransanın tərkibinə daxildir. Ərazidə Kanak millətinin nümayəndələri yaşayır. 

Qaynarinfo 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31