PKK liderlərindən biri məhv edildi
19 İyul 2018 15:16 DünyaTürkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirib.
Bununla bağlı "Anadolu" agentliyi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla məlumat yayıb.
Əməliyyat terrorçular silah, narkotik və sursatla təmin edildiyi zaman baş tutub.
Məlumatlara görə, hücum zamanı terror təşkilatının liderlərindən olan "Delil Karakoçan" ləqəbli Hasan Çakmak məhv edilib.
Hücumla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31