Satanist bacı-qardaşdan analarına qarşı QANDONDURAN ƏMƏL

Peruda 3 satanist bacı-qardaş analarını öldürüb bədənini parçalara ayırıb.

Onlar bu barədə "qaranlıqların əfəndisi" adlı şeytandan əmr aldıqlarını deyiblər.

75 yaşlı Teodora Quisipe Cayllahua Perunun şimalındakı Andabamba adlı dağ kəndində vəhşicəsinə öldürülmüş halda tapılıb.

Polis gözləri oyulmuş və bağırsaqları deşilmiş halda tapılan qanının Satanist ayinilə öldürüldüyünü bildirib.

38 yaşlı Aurelia Quispe, 41 yaşındakı Percy Quispe və 46 yaşlı Marcelina Suane analarının bədənini parçalayıb gölə atıb, qanı ilə çimməkdə ittiham edilirlər.

Aurelia Quispe öldürmə əmrini şeytandan aldıqlarını bildirib.

Fakt təsdiqlənərsə, onların ömürlük həbs cəzasına məhkum ediləcəkləri gözlənilir.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31