Rusiya cavaba hazırlaşır: Yüzlərlə ukraynalıya qarşı...

Rusiya hökuməti Ukrayna vətəndaşlarına qarşı sanksiyaların tətbiqinə başlayır.

Rusiya hökuməti Ukrayna vətəndaşlarına qarşı sanksiyaların tətbiqinə başlayır.

Bu barədə məlumatı "Kommersant" qəzeti yayıb. Rusiyanın hazırlayacağı sanksiyalar siyahısına Ukraynanın bir neçə yüz fiziki və hüquqi şəxsinin, eləcə də biznesmenlər, siyasətçilərin düşəcəyi bildirilib. Sanksiyalara əsasən, bu şəxslərin Rusiyadakı aktivlərinə həbs və onların ölkədən çıxarılmasına qadağa qoyulacaq.

Rusiya bununla Ukraynanın 2014-cü ildən bu yana tətbiq etdiyi sanksiyalara cavab verməyi planlaşdırıb.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31