Baykal Kılıçdaroğlu ilə İncə arasında seçim etdi

CHP-nin keçmiş sədri Dəniz Baykal partiya daxilində baş verən münaqişələrə münasibət bildirib.

Baykal müxalif isimlərin qurultay qərarını düzgün hesab etmədiyini qeyd edib.

"CHP-nin yeniliyə ehtiyacı olduğu doğrudur. Ancaq bu tip imza toplayaraq qurultay keçirmək partiyaya zərər vurur, partiyanı geri aparır", - Baykal bildirib.

Xatırladaq ki, Məhərrəm İncə seçkilərdən sonra partiya üzvlərinə müraciət edərək qurultay üçün imzatoplama kampaniyası başlatmışdı.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31