Gəlinlə bəy mübahisə etdi, 5 milyon dollarlıq toy ləğv edildi

Antalyada keçirilməsi planlaşdırılan hind toyu ləğv edilib.

Buna səbəb bəylə gəlin arasında baş verən mübahisədir. Toyun büdcəsi 5 milyon dollar idi və məşhur ulduz Britni Spirs də toyda iştirak etməli idi.

Məlumata görə, toydan bir neçə gün əvvəl gəlinin bir qohumu dünyasını dəyişib. Yas səbəbindən toyun vaxtı dəyişdirilib. Sonra isə gəlinlə bəy dalaşıb ayrılıblar.

Bildirilir ki, 5 milyon dollarlıq toya 1000 nəfər dəvət edilmişdi. Qonaqlar üçün 3 gecə, 4 günlük otel otaqları kirayəyə götürülmüşdü.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31