Kabus şəhər 1,4 milyona satıldı
19 İyul 2018 12:15 DünyaABŞ-ın Kaliforniya ştatında yerləşən və heç kimin yaşamadığı Kerro-Qordo şəhəri 1,4 milyon dollara satılıb.
Şəhər 1865-ci ildə gümüş mədəni yaxınlığında salınıb və bir müddət ştatda gümüş və qurğuşun hasilatında lider olub.
Daşınmaz əmlak agentinin sözlərinə görə, bu şəhər "vəhşi Qərbin" ayrılmaz hissəsinə çevrilib:
"Bir zamanlar burada orta hesabla hər həftə bir nəfər qətlə yetirilirdi".
Gümüş və neftin ucuzlaşmasından sonra sakinlər şəhəri tərk etməyə başlayıblar. Sonra böyük yanğın meydana gəlib və Kerro-Qordo tamamilə boşalıb.
Şəhərin yeni sahibi olan investisiya qrupu Kerro-Qordonu turist marşrutlarının tərkib hissəsinə çevirmək niyyətindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31