Anasını güllələyən siyasətçi silahın müdafiəsinə qalxdı
19 İyul 2018 11:56 DünyaArizona ştatında yaşayan amerikalı siyasətçi sərbəst silah gəzdirməyi müdafiə etmək üçün doğma anasının güllələnməsi arqumentini gətirib.
Bununla bağlı "New York Daily News" məlumat yayıb.
Respublikaçıların Arizona ştatından Senatdakı namizədi Bobbi Uilson hesab edir ki, cinayətkarlardan qorunmaq üçün silaha sahib olmaq vacibdir.
"İnsanları öldürən dəlinin qarşısını almaq üçün yeganə yol silahdan istifadədir", - o bildirib.
Siyasətçinin sözlərinə görə, 18 yaşı olanda doğma anası onu yuxuda olarkən öldürmək istəyib. Ancaq o vaxtında yuxudan vaxtında ayılıb və anasını güllələyib.
O, "Bobbinin taleyi" adlı kitabında anasının doğma qızını da öldürdüyünü yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31