ABŞ-dan Rusiyaya zərbə: Sanksiyalar hazırlanır
19 İyul 2018 11:49 DünyaABŞ senatoru Con Barrasso "Şimal axını 2" qaz kəmərinin tikintisinə qarşı sanksiyaların tətbiqi barədə qanun layihəsini Konqresə təqdim edib.
Bu barədə məlumat Barrassonun saytında yer alıb. Barrasso bu qanun layihəsinin NATO ölkələrinə Rusiyanın manipulyasiyasından qaçmaq imkanı yaratdığını bildirib.
O, qanun layihəsinin NATO ölkələrinin enerji təhlükəsizliyini artırmağa yardım etdiyini də deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31