NATO-dan Putinə cavab: "Tiflisin taleyi…"

Rusiya Gürcüstanın NATO-ya qəbul məsələsini həll etmək haqqına sahib deyil.

Bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşü zamanı NATO Baş katibi Yens Stoltenberq deyib.

"Rusiya öz qonşularının yerinə hansısa qərar vermək haqqına sahib deyil. Gürcüstan müstəqil və suveren ölkədir. Bu ölkə öz taleyini həll etmək haqqına sahibdir", - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Gürcüstan və Ukraynanın NATO-ya qəbulunun əleyhinə olduğunu bəyan edib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31