Rusiya "Poseydon" pilotsuz sualtı aparatların sınağına başladı
19 İyul 2018 11:28 DünyaRusiya Müdafiə Nazirliyi poliqonlarında "Poseydon" adlı pilotsuz sualtı aparatların sınağına başlayıb.
Bu barədə ölkənin müvafiq hərbi idarəsindən bildiriblər.
Məlumata görə, "Poseydon" çoxməqsədli okean sistemi olmaqla rəqibin aviadaşıyıcılarına qarşı mübarizə aparmaq və qitələrarası uzaqlıqda sahil obyektlərini məhv etməyə qadirdir.
Bildirilir ki, "Poseydon"un əsas özəlliyi isə odur ki, rəqibin əks tədbirləri qarşısında praktiki olaraq 100 faiz mükəmməl müdafiədir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31