“Amazon”da rekord qırıldı

Məşhur onlayn alış-veriş saytı “Amazon”da hər il keçirilən ənənəvi “Prime day”də bu il rekord qırılıb. 16 iyul gecə saatlarında başlayan və 18 iyulda bitən 36 saatlıq güzəştli alış-veriş zamanı 100 milyondan çox məhsul satılıb.

Məşhur onlayn alış-veriş saytı "Amazon"da hər il keçirilən ənənəvi "Prime day"də bu il rekord qırılıb.

16 iyul gecə saatlarında başlayan və 18 iyulda bitən 36 saatlıq güzəştli alış-veriş zamanı 100 milyondan çox məhsul satılıb.

İstifadəçiləri tərəfindən oyuncaq, gözəllik məhsulları, kompüter və aksesuarları, geyim və mətbəx əşyaları kateqoriyalarının hər birində 5 milyondan çox məhsul alınıb.

Bu rekorddan sonra "Amazon" şirkətinin dəyəri 7 milyard dollar artaraq 902 milyard dollara çatıb. Həmçinin, şirkətin qurucusu Ceff Bezosun şəxsi sərvəti isə 150,2 milyard dollardan 152 milyard dollara yüksəlib.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31