Skripalı zəhərləyənlər tapıldı
19 İyul 2018 11:06 DünyaRusiyanın keçmiş agenti Sergey Skripal və qızı Yuliyanı Böyük Britaniyada zəhərləməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.
Ata-balanı zəhərləməkdə bir neçə rusiyalı şübhəli hesab edilir. Nəşr yazır ki, müstəntiqlər həmin şəxsləri videonəzarət sistemi vasitəsilə müəyyən ediblər. Belə ki, onlar görüntülərdəki adamları təxminən həmin vaxt Britaniyaya gələn insanlarla müqayisə ediblər və onların rusiyalı olduğundan çox əmindirlər.
Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Skripal bu ilin martında Böyük Britaniyanın Solsberi şəhərində zəhərləniblər. Krallıq bu işdə Rusiyanı ittiham etsə də, qarşı tərəf bununla razılaşmayıb.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31