Yəməndə vəba nəticəsində 2311 nəfər ölüb

Yəməndə son 13 ayda xolera (vəba) epidemiyası 2 min 300 dən çox insanın ölmünə səbəb olub.

Bu barədə BMT-nin Uşaq Fondunun ofisi "Twitter" səhifəsində məlumat yayıb.

Bildirilib ki, bu müddətə ərzində xoleradan 2311 nəfər ölüb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2017-c ilin aprelindən ölkə üzrə 1 milyon 118 min nəfərin bu xəstəliyə yoluxduğu qeydə alınıb. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31