Hindistanda "MiQ-21" qəzaya uğradı - Həlak olan var
18 İyul 2018 18:35 DünyaHindistan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-21" qırıcısı ölkənin şimalındakı Himaçal Pradeş əyalətində qəzaya uğrayıb.
Qəza nəticəsində pilot ölüb.
Hindistan təhlükəsizlik xidmətlərinin məlumatına görə, təyyarə Pathankot şəhərindəki bazadan havaya qalxıb. Uçuşdan sonra qırıcı ilə əlaqə kəsilib, qəzanın səbəbləri hələlik açıqlanmır.
Qəza yerində polis işləyir. Qəzadan sonra baş verən yanğın söndürülüb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31