Lukaşenko Kiyevin axtardığı admirala sığınacaq verdi

Belarus Ukraynanın keçmiş müdafiə naziri Mixail Yejelə siyasi sığınacaq verib.

Bu barədə məlumatı Ukrayna mətbuatı yayıb. Yejelin ailəsi ilə birgə ötən ilin mayından Minskdə yaşadığı bildirilib.

Qeyd edək ki, Ukrayna Hərbi Prokurorluğu 2016-cı ildə Yejelə qarşı cinayət işi qaldırıb. O, iki özəl müəssisəyə iki ədəd Tu-95MC strateji bombardmançısını qeyri-qanuni yolla satmaqda ittiham olunub.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31