Hindistanda Tereza Ana xeyriyyə mərkəzləri uşaq alverində şübhəli bilinir
18 İyul 2018 16:51 DünyaHindistan polisi Tereza Ana xeyriyyə mərkəzlərinin uşaq alveri ilə məşğul olması barədə ittihamlar fonunda istintaqa başlayıb.
İyulun əvvəlində rahibə və mərkəzin əməkdaşlarından biri uşaq satmaq şübhəsi ilə saxlandıqdan sonra hökumət polisə bütün ölkə boyu təşkilatın fəaliyyətini təftiş etmək üçün müraciət edib.
Xeyriyyə təşkilatının nümayəndələri bu xəbəri "şokedici" adlandırıblar və daxili istintaqa başladıqlarını bildiriblər.
"Bu, bütün mənəvi inamlarımıza qarşı cinayətdir. Əgər belə hal baş veribsə, onun bir daha təkrarlanmaması üçün bütün lazımi tədbirləri görəcəyik", - Tereza Ananın missionerlərinin biri olan Sunita Kumar deyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31