"Putinlə birgə onları məyus etdik" - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşün böyük nəticələri olacağını açıqlayıb.

Bu barədə Ağ Ev rəhbəri Tvitter hesabında yazıb. Tramp Putinlə yaxşı anlaşdığına görə ondan nifrət edən şəxslərin məyus olduğunu qeyd edib.

"Görüş zamanı Putinlə çox vacib məsələləri müzakirə etdik. Bizdən boks qarşılaşması gözləyən şəxsləri məyus etdik. Böyük nəticələri olacaq", - Tramp vurğulayıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31