İran İraqın Kürd Muxtariyəti bölgəsinin sərhəddini top atəşinə tutur

İran İraqın Ərbil vilayətinin  ölkələrilə sərhəd olan bölgələrini intensiv top atəşinə tutur. Ərbilin Sidekan rayonunun yerli idarəsinin başçısı Ehsan Çələbi bildirib ki, bölgənin sərhədyanı 8 kəndinin ərazisi İran tərəfindən top atəşinə tutulur. İhsan Çələbi İranın müxalif İKDP (iraq Kürdüstan Demokrat Pariyası) nın bölgədəki sığınaqlarını və düşərgələrini vurduğunu iddia edərək mülki yaşayış yerlərini topa tutduğunu iddia edib. Hal-hazırda bölgədə 3 kəndin əhalisinin təxliyyə edildiyi bildilir. İKDP İran əlehində fəaliyyə göstərən bir paramilitar təşkilat olaraq bildirilir. Bu təşkilatın üzvləri  mütəmadi olaraq İranın  ərazisində sabotaj və terror aksiyaları törətməsilə diqqət çəkirlər. Hələlik İran tərəfindən hadisə əlaqədar bir açıqlama gəlməyib.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31