İranda taun epidemiyası

İranda ölkənin Kirman əyalətində bəzi xırdabuynuzlu ev heyvanlarında və təbiətdə yaşayan heyvanlarda taun xəstəliyinin yayıldığı xəbərləri gəlməkdədir. Hadisə İran Məclisi Bam millət vəkili Həbibullah Nikzadipənah tərəfindən də təsdiqlənib. Millət vəkilinin ifadələrinə görə 70 ev və vəhşi heyvanın xəstəlikdən tələf olduğu müəyyənləşdirilib. Qeyd edək ki, İranın Kerman vilayətində 20 ildən çoxdur ki, hər il atmosfer çöküntülərində azalma müşahidə edilir. Vilayətin bir çox bölgəsində isə quraqlıq tüğyan edir. Ev heyvanlarında və insanlarda görülən taunun əsas səbəbi isə gəmiricilər, bit və birələrin yayılması göstərilir. Hadisə ilə əlaqədar aparılan profilaktik tədbirlərlə bağlı hər hansı bir məlumat verilməyib.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31