Putin-Tramp görüşündə heç bir gizli razılaşma əldə edilməyib.
Bunu jurnalistlərə açıqlamasında Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib. O, antirusiya sanksiyalarının da Helsinkidə müzakirə edilmədiyini bildirib:
"Biz heç vaxt sanksiyaların götürülməsi xahişi ilə çıxış etməmişik. Biz onsuz da sanksiyaları tanımırıq".