“Tramp Ruhani ilə görüşmək üçün 8 dəfə xahiş edib” - İran prezident administrasiyasının başçısı

"Ötən il BMT Baş Assamableyasının sessiyasında iştirakı çərçivəsində İran prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri zamanı ABŞ prezidenti Donald Tramp onunla görüşmək üçün İslam Respublikasının nümayəndə heyətindən 8 dəfə xahiş edib".

Bunu İran prezident administrasiyasının başçısı Mahmud Vaizi iyulun 18-də jurnalislərə açıqlamasında bildirib.

"İnterfax" bildirib ki, ABŞ prezidentindən görüşlə bağlı sorğunun verilməsi barədə məlumat yayılmayıb. İndiyədək Donald Trampla Həsən Ruhani arasında görüş olmayıb.

Bildirilib ki, 2017-ci ilin oktyabrında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhra Qasemi BMT Baş Assambeyası çərçivəsində Donald Trampın görüşmək istəyindən Həsən Ruhani imtina edib. Onda ABŞ Dövlət Departamentinin sözçüsü Xizer Noyretdə BMT-də assamlbleya çərçivəsində yüksək səviyyədə görüşün keçirilməsində İran tərəfin imtina etdiyini bildirmişdi. Ancaq o, bu görüşdə ABŞ tərəfindən iştirak edəcək rəsminin adını açıqlamayıb. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31