Kılıçdaroğlu Ərdoğana 359 min ödəyəcək – Qərar
18 İyul 2018 14:59 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Man adaları" iddiaları ilə bağlı Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna qarşı məhkəmə prosesində qalib gəlib.
Məhkəmə Kılıçdaroğlunun 359 min türk lirəsi məbləğində mənəvi təzminat ödəməsinə qərar verib.
Xatırladaq ki, CHP sədri Kamal Kılıçdaroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ailə üzvlərinin Man adaları vasitəsilə pul köçürmələri həyata keçirdiyini iddia etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31