ABŞ hərbçiləri həlak oldu

"Taliban" hərəkatı Əfqanıstanda ABŞ ordusunun mövqelərinə hücum edib.

Maydan-Vardaq bölgəsindəki bölmələrə edilən hücum zamanı azı 2 ABŞ hərbçisi ölüb. Əyalət başçısının mətbuat katibi Əbdülrəhman Manqal ABŞ  ordusunun hücumu cavabsız qoymadığını, hərbi təyyarələrin  "Taliban" silahlılarının  gizləndiyi məktəbi bombaladığını bəyan edib. Bu zaman bir neçə terrorçu ölüb.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31