Tramp kəşfiyyatdan danışanda Ağ Evdə işıqlar söndü - VİDEO
18 İyul 2018 14:23 DünyaABŞ prezidenti Donald Trampın Ağ Evdə konqresmenlər qarşısında çıxışı zamanı qəflətən işıqlar sönüb.
Birləşmiş Ştatların dövlət başçısı kəşfiyyata etimaddan danışda qəflətən kabinetdə işıqlar keçib.
D.Tramp ABŞ-da keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsi məsələsindən danışıb.
"Demək istəyirəm ki, ABŞ kəşfiyyatına tamamilə inanıram. Xüsusi xidmət strukturlarımıza, kəşfiyyatımıza tam etimadım var. Oy, onlar işıqları söndürdülər. Yəqin kəşfiyyat agentləridir", - Tramp deyib, sonra isə "Hər şey qaydasındadır?!" soruşub.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31