Sərxoş model 5-ci mərtəbədən YIXILDI
18 İyul 2018 13:36 DünyaAmerikadan İstanbula tətilə gələn model Aleksandra Sabuncu adlı 23 yaşlı model 5-ci mərtəbədən yerə yıxılıb.
Türk əsilli Con Sabuncunun modelliklə məşğul olan 23 yaşlı qızı Aleksandra Sabuncu istirahət üçün Amerikanın Florida ştatından Türkiyəyə gəlib.
Öz dostları Taksimdə görüşən gənc model bir müddət əyləndikdən sonra iki yoldaşıyla birlikdə Beşiktaşda bir evə yollanıb. Evdə dünya futbol çempionatını izləyən gənclər spritli içki qəbul edib.
İlkin ehtimala görə, Sabuncu spirtin təsiri ilə 5-ci mərtəbədəki evin pəncərəsindən baxarkən tarazlığını itirib və yıxılıb. Sabuncunun 5-ci mərtəbədən yıxıldığını dostları bir müddət sonra fərqinə varıb və onu təcili xəstəxanaya aparıb. Hadisəylə bağlı istintaq davam edir.
Aleksandra Sabuncu hazırda komadadır.