Kılıçdaroğluna cinayət işi açıldı - Ərdoğanı təhqir etdiyi üçün

Sosial şəbəkədəki səhifəsindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı karikatura paylaşan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğluna qarşı cinayət işi açılıb.

CHP lideri Tvitter hesabında "Tayyipler aləmi" paylaşımı etdiyi üçün Ankara Respublika Baş prokurorluğu tərəfindən istintaq başladılıb.

Cinayət işi çərçivəsində toxunulmazlığı ləğv olunarsa, Kılıçdaroğlu 1 il 2 aydan 4 il 8 aya qədər həbs cəzasına məhkum edilə bilər.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31