Jirinovskidən 1 trilyon avroluq İDDİA – Səbəbi sizi ŞOKA SALACAQ

Dövlət Dumasının deputatı, Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Avropa İttifaqına 1 trilyon avroluq iddia irəli sürməyi təklif edib.

Partiya sədri Avropa İttifaqının Rusiya ərazisindən kommunizmin qurulması üçün sınaq meydançası olaraq istifadə etdiyini bildirib.

"Rus xalqına Avropa İttifaqından bir trilyon avronun ödənilməsini tələb etməyi təklif edirik. Rusiyanın ərazisi kommunizmin qurulması üzrə sınağın keçirilməsi üçün istifadə edilmişdi. Bu, qurbanlara, əsasların iflasına və mənəvi tənəzzülə gətirib çıxarmışdı", - o deyib.

Jirinovski izah etdi ki, qərb ölkələrində məhkəmə orqanları vasitəsilə maraqların müdafiəsi təcrübəsi yayılıb və Rusiya da eyni yolla getməlidir.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31