Kim Çen İn qəzəbləndi

Şimali Koreya lideri Kim Çen İn ölkəsini təftişə çıxıb.

Şimali Koreya lideri Kim Çen İn ölkəsini təftişə çıxıb.

Kim təftiş zamanı heç bir işi bəyənmədiyi üçün məsul şəxsləri sərt şəkildə tənqid edib.

Şimali Koreyanın rəsmi xəbər agentliyinin məlumatına görə bir elektrik stansiyasında işlərin 70 faizinin başa çatmadığını görəndə Çenin nəfəsi tutulub.

İstirahət mərkəzində isə vannaların akvariumdan daha çirkli olduğunu görəndə isə şok keçirib. Rəsmi Pxenyan uzun illərdən sonra nüvə silahı proqramından əlavə iqtisadi inkişafa böyük önəm verir.

Kim Çen isə son təftişi zamanı Çinlə sərhəddə yerləşən Şimali Hamyonq vilayətində 4 müəssisəyə baş çəkib. Elektrik stansiyasında işlər 17 il əvvəl başlasa da, hələ tamamlanmayıb. Bir otel layihəsi isə 6 il əvvəl başlasa da hələ başa çatmayıb. Bu isə Kim Çen İni özündən çıxarıb.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31