Yaponiyada türk mətbəxi festivalı

Yaponiya Tokioda şəhərin mərkəzi Şiba park kompleksində türk mətbəxi və qida məhsulları festivalı keçirilir. Festivalda türk mətbəxinin ən tanınmış və ləzzətli yeməkləri və Türkiyəyə məxsus qida məhsulları, şirniyat, turşular, təzə və konservləşdirilmiş milli qida növləri yapon xalqına təqdim edilir.

Festival  Türkiyə İxracatçılar Məclisi , Mədəniyyət və Turizm Nazirliyi  və Tokio Türkiyə Səfirliyinin birgə təşəbbüsü ilə təşkil edilib. İndidən demək olar ki, festival Tokioluların böyük marağına səbəb olub. Çoxlu sayda ziyarətçi türk mədəniyyəti və mətbəxilə tanış olmaq fürsətini əldə edib. Festival iyulun 20-ə qədər davam edəcək.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31