Tikilməkdə olan bina çökdü

Hindistanın paytaxtı Dehlinin şərqində yerləşən Şahbəri mahalında  tikilməkdə olan bina çöküb.

Olaylar.az türk mediasına istinadən bildirir ki, dağıntılar altında insanların olduğu bildirilir. Yüzdən artıq xilasetmə qrupu ərazidə axtarış tədbirləri həyata keçirir.

Binanın çökmə səbəbi intensiv yağışlar olduğu qeyd olunur.

Qeyd edək ki, 2013 -cü ildə Hindistanın Mumbai əyalətində bina çökməsi nəticəsində 72 insan həyatını itirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31