Rusiya ABŞ istiqrazlarından kütləvi şəkildə canını qurtarır
Rusiya ABŞ-a aid qiymətli kağızların üçdə birini satıb. Bu barədə informasiyanı ABŞ Maliyyə Nazirliyi yayıb.
18 İyul 2018 11:53 DünyaRusiya ABŞ-a aid qiymətli kağızların üçdə birini satıb.
Bu barədə informasiyanı ABŞ Maliyyə Nazirliyi yayıb.
Aprel ayında Rusiya 48,7 milyard dollarlıq istiqrazlara sahib olub və bu göstəricisinə görə 22-ci yerdə qərarlaşıb. Mart ayında isə ABŞ-a aid qiymətli kağızların daha çox hissəsi Rusiyada olub və o, 16-cı sırada özünə yer edib. İndi Rusiya əlindəki istiqrazların dəyəri 30 milyard dollardır. Bu göstəriciyə görə o, ABŞ xəzinəsinə aid qiymətli kağız sahibləri arasında 33-cü sırada qərarlaşıb.
Rusiya tərəfi bu addımı Rusiyanın beynəlxalq ehtiyatlarının diversifikasiyası üçün atdığını və bununla riskləri azaltdığını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31