Mettis Şoyqu ilə danışıqlara hazırdır – İnanılmaz irəliləyiş
18 İyul 2018 11:48 DünyaPentaqon rəhbəri Ceyms Mettis Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə danışıqlar aparmağa hazırdır.
Bu barədə "Röyter" ABŞ-dan olan iki vəzifəli şəxsə istinadən informasiya yayıb.
Moskvadan quruma danışıqlar barədə hər hansı bir rəsmi sorğunun daxil olmadığını vurğulayan Pentaqon rəsmiləri məsələyə münasibət bildirməyiblər.
Qeyd edək ki, sözügedən görüş baş tutacağı halda tərəflər arasında son üç ildə bu səviyyədə keçiriləcək ilk görüş olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31