Avropa Komissiyası "Google"u cərimələyib

Avropa Komissiyası (AK) "Google" şirkətini cərimələyib.

Avropa Komissiyası (AK) "Google" şirkətini cərimələyib.

Bu barədə "Euronews" telekanalına istinadən xəbər verir. 

Komissiya hesab edir ki, informasiya texnologiyaları nəhəngi "Android" əməliyyat sistemindən istifadə ilə bağlı antiinhisar qanunvericiliyini pozub. "Google"un nə qədər cərimələndiyi hələlik məlum deyil. 

Xatırladaq ki, bundan əvvəl də AK məşhur axtarış sistemini 2,5 mlrd. ABŞ dolları cərimə edib. Ekspertlər hesab edirlər ki, bu dəfəki cərimə daha böyük ola bilər.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31