Paşinyan vəzifə verdiyi generalı 21 gün sonra qovdu
18 İyul 2018 11:31 DünyaNikol Paşinyan Ermənistan Hərbi prokurorunun müavini general Mikayıl Arzumanyanı vəzifəsindən azad edib.
Bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb. Mətbuat xidməti Arzumanyanın vəzifəsindən öz istəyi ilə azad edildiyini bildirib.
Qeyd edək ki, bundan öncə Arzumanyanla Paşinyanın münasibətləri gərginləşmişdi. Buna səbəb Paşinyanın Arzumanyanı tənqdi etməsi olmuşdu. Belə ki, Paşinyan Arzumanyanı siyasətə qoşulmaqda və qondarma Qarabağ rejiminin rəhbəri Bako Saakyana qarşı Xankəndində etirazlar təşkil etməkdə ittiham etmişdi.
Arzumanyan hazırkı vəzifəsinə 27 iyunda təyin edilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31