Obama Trampı tənqid etdi: "Demokratiya yox edilir"
18 İyul 2018 11:20 DünyaABŞ-da hakimiyyətdə olanlar bütün demokratik institutları və normaları yox etmək istəyirlər.
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın eks-prezidenti Barak Obama deyib. Onun sözlərinə görə, ölkənin hazırkı siyasi kursu qorxu, narazılıq siyasətinə bənzəyir.
Qeyd edək ki, Obama bundan öncə də dəfələrlə Donald Trampı yürütdüyü xarici və daxili siyasi kursa görə tənqid edib. Maraqlı məqam odur ki, o heç vaxt tənqidlərində Trampın adını səsləndirməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31