YPG ABŞ-ın göndərdiyi silahları satır – Şok iddia
17 İyul 2018 18:13 DünyaYPG xərclərini qarşılamaq üçün ABŞ-ın verdiyi silahları digər terror qruplaşmalarına satır.
Bu iddia ilə "Deyli Sabah" nəşri çıxış edib.
"YPG üzvləri silahlarını ABŞ-a təhvil verməyə başladıqda Türkiyənin onlara qarşı yeni bir əməliyyat başlada biləcəyindən qorxurlar. Buna görə də silahlarını eyni bölgədə fəaliyyət göstərən başqa qruplara satırlar", - məlumatda qeyd olunub.
Xatırladaq ki, ABŞ-ın Suriya Demokratik Qüvvələri başda olmaqla, bölgədəki qruplaşmalara ən azı 5000 TIR silah göndərdiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31