"İran Suriyadan çıxmayacaq" - Ruhaninin adamı

İranın hərbi məsləhətçiləri Suriyanın cənub-qərbini tərk etməyəcəklər.

Bunu Beyruta səfəri zamanı İran prezidentinin xüsusi nümayəndəsi Hüseyn Caberi Ənsari deyib. Onun sözlərinə görə, konsultantlar Suriyada Prezident Bəşər Əsədin istəyi əsasında qalırlar:

"Bizim Suriyada qalmağımız Suriya xalqının ehtiyacından asılı olacaq. Qərar Tehran və Dəməşqin qarşılıqlı razılaşması əsasında qəbul ediləcək".

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31