Əfqanıstanda terrorçu-intiharçı özünü partlatdı - 15 ölü
Əfqanıstanın şimalında Sari-Pul vilayətində İŞİD terror qruplaşmasının üzvü olan terrorçu-intiharçı partlayış törədib.
17 İyul 2018 17:28 DünyaƏfqanıstanın şimalında Sari-Pul vilayətində İŞİD terror qruplaşmasının üzvü olan terrorçu-intiharçı partlayış törədib.
Partlayış nəticəsində 15 nəfər həlak olub, daha 3 nəfərin isə yaralandığı bildirilir.
Məlumata görə, partlayış "Taliban" hərəkatı başçılarından biri - Şira Məhəmməd Qəzənfərin dəfn mərasimi zamanı baş verib.
Qeyd edək ki, "Taliban" hərəkatı fəalı Ş.M.Qəzənfər isə bazar ertsəi İŞİD terror qruplaşması üzvləri ilə toqquşmalarda həlak olub.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31