Rusiya hava məkanını pozdu, səfirə nota verildi
17 İyul 2018 17:18 DünyaRusiyanın Tallindəki səfiri Estoniya Xarici İşlər Nazirliyinə çağırılaraq, ona etiraz notası verilib.
Bu barədə Estoniya Müdafiə Qüvvələri məlumat verib. Etiraz notasına səbəb kimi Rusiya təyyarələrinin Estoniya hava məkanını 2 dəfə pozması göstərilib. Notada hər iki insidentin ötən gün Fin körfəzindəki Vayndloo adası yaxınlığında baş verdiyi bildirilib.
"Əvvəlcə Estoniya hava məkanına Airbus A319, sonra isə İl-96 təyyarəsi daxil olub. Təyyarələr Estoniya hava məkanında 1 dəqiqədən az qalıblar", - deyə notada qeyd olunub.
Estoniya XİN-dən bildiriblər ki, rus təyyarələrindən heç biri öz uçuş planlarını əvvəlcədən təqdim etməyiblər.
Estoniya Müdafiə Qüvvələrinin məlumatına görə, 2018- ci il başlayandan bəri rus təyyarələri 6 dəfə bu ölkənin hava məkanını pozublar.
AzVision.az