Ancelina Coli yardıma ehtiyacı olan iraqlı ailəni tək buraxmadı
17 İyul 2018 15:31 DünyaMəşhur Hollivud ulduzu Ancelina Coli İraqdakı "Domiz" qaçqın düşərgəsinə üçüncü dəfə səfər edib.
Düşərgədə yaşayan və yardıma ehtiyacı olan ailəni diqqətlə dinləyən Ancelina yardım çağırışı edib.
Suriya müharibəsindən qaçıb düşərgəyə sığınan Ronia və uşaqları ilə tanış olan Ancelina uşaqların xüsusi qayğıya ehtiyacı olduğunu bildirib.
Uşaqlarına baxmağa çalışan dul ana Ronia deyib: "Uşaqlarım xəstə olmasaydı, yaxşı olardı. Amma bu xəstəlik bizi əldən salıb".
Məlum olub ki, 5 uşaqdan ikisi talassemiya xəstəsidir.

Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31