Səudiyyəli qadınlara daha bir hüquq verildi

Səudiyyə Ərəbistanının nüfuzlu Aviasiya Akademiyası ilk dəfə olaraq qız tələbələrin qəbuluna başlayıb.

Səudiyyə Ərəbistanının nüfuzlu Aviasiya Akademiyası ilk dəfə olaraq qız tələbələrin qəbuluna başlayıb. 

Zərif cinsin yüzlərlə nümayəndəsi Səudiyyənin şərqindəki Əd-Damam şəhərində yerləşən akademiyaya qəbul olmaq üçün sənədlərini təqdim edib.

Dərslər bu ilin sentyabrında başlayacaq. Bu akademiyada pilotlarla yanaşı, təyyarələrin təmir olunması və naviqasiya sistemlərinin idarə olunması üçün mütəxəssislər hazırlanır. 

Əd-Damamdakı akademiyanın icraçı direktoru Osman əl-Matirinin sözlərinə görə, üç il müddətində tələbələr akademik və praktiki təhsil alır. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31