Avropa İttifaqı Yaponiya ilə iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb
17 İyul 2018 15:18 DünyaAvropa Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının sədri Jan-Klod Yunker Yaponiyanın baş naziri Sindzo Abe ilə iqtisadi əməkdaşlıq haqqında razılaşma imzalayıb.
"Bu gün Avropa İttifaqı və Yaponiya arasında imzalanan iqtisadi əməkdaşlıq haqqında sənəd dünya ticarətində dönüş anıdır", - deyə J.K.Yunker qeyd edib.
O, həmçinin deyib ki, sözügedən anlaşma şirkətlər üçün yeni imkanlar açacaq.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31