Kremlə mühüm təklif: "“Şimal axını 2”ni dayandırın, əvəzində..."

Əgər Rusiya "Şimal axını 2" layihəsindən imtina etsə, Ukrayna rus qazının öz ərazisindən tranzitinə görə müəyyən etdiyi tarifi 2,3 dəfə aşağı endirəcək.

Bu barədə Ukraynanın "Naftoqaz" dövlət şirkətinin kommersiya direktoru Yuri Vitrenko Feysbuk səhifəsində paylaşıb.

Vitrenko təklifin yalnız Rusiyanın Ukraynadan keçən kəmərlərini tam yükləyəcəyi halda reallaşacağını bildirib.

Qeyd edək ki, "Şimal axını-2" kəməri rus qazının Baltik dənizi vasitəsilə Avropaya birbaşa çıxışını nəzərdə tutur. ABŞ, Polşa və Baltikyanı ölkələr artıq rəsmən bu kəmərin çəkilişinə qarşı olduqlarını bildiriblər. ABŞ bu kəmərin Vaşinqtonun və Avropanın maraqlarına zidd olduğunu bəyan edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31